Dünya futbolu

“Mançester Yunayted” Belotti üçün təklif göndərdi

“Real”, “Bavariya” və “Çelsi”nin ardından “Mançester Yunayted” də “Torino”nun futbolçusu Andrea Belottini transfer etmək istəyir.

“ESPN”in yaydığı məlumata görə, artıq “qırmızı şeytanlar” İtaliya millisinin hücumçusu üçün Turin klubuna təklif də göndərib. 

Zlatan İbrahimoviçin zədələnməsi, Ueyn Runinin isə komandadan gedəcəyi üçün hücumçu axtarışında olan Mançester təmsilçisi yayda “Atletiko”dan Antuan Qrizman və daha bir hücumçu transfer etmək istəyir. Daha öncə yayılan məlumata görə, komanda qolkiperi De Xeanı “Real”a satacağı təqdirdə Alvaro Moratanı transfer edəcəkdi.

Bir müddət öncə “Torino”nun prezidenti Urbano Kairo Belottinin İtaliya xaricinə transfer etmək istəyən klubun 100 milyon avro ödəməli olduğunu bildirmişdi. Hazırda “Transfermarkt”da 23 yaşlı futbolçunun qiyməti 30 milyon avrodur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43