Kateqoriyasız

“İşimiz çoxdu, dayana bilmərik” – Murad Musayev

Azərbaycan Premyer Liqasında XV turun “Sabah” – “Qəbələ” (3:0) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Murad Musayev jurnalitlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Çox çətin oyun alındı. Fiziki cəhətdən yaxşı hazırlaşa bilməmişdik. Çünki həftə içi böyük iş görmüşdük. Bu gün meydanda xarakter göstərdik. Çalışacağıq ki, bütün 90 dəqiqə ərzində aktiv oynayaq. Yaxşı qollar vurduq. Bəzən rəqibə fürsətlər verdik. İşimiz çoxdu, dayana bilmərik.

– Şənbə günü “Neftçi”yə qarşı oyununuz olacaq. Komandada yorğunluq varmı?
– Bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. Hazırda önəmli olan bu vaxtı düzgün dəyərləndirməkdi. Futbolçularımız maksimum diqqətli olmalıdı. Həkimlərlə vaxt keçirməli, tez bərpa olunmalıdılar. Başqa çarəmiz yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43