Dünya futbolu

İsrafilov assist etdi, komandası qalib gəldi

İspaniya Sequndasının 9-cu turunun oyunları keçirilib.

Millimizin sabiq üzvü Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” komandası səfərdə “Ximnastik”i 1:3 hesabı ilə məğlub edib. 88 dəqiqə meydanda olan İsrafilov komandasının ilk qolunun assistini edib.

Qeyd edək ki, “Alkorkon” komandası turnir cədvəlində 18 xalla 4-cü sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43