Ölkə futbolu

“Neftçi” – “Xəzər Lənkəran” oyununda hakimi söyən oyunçuya sərt cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

13 oktyabr 2018-ci il, Bakcell U-17 Liqasının, “Neftçi” İK İB – “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində “Neftçi İK İB” klubunun futbolçusu Vaqif Ağadadaşov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.

Oyunun 82-ci dəqiqəsində “Neftçi”  klubunun futbolçusu Murad Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43