Ölkə futbolu

İstefa verən Elxan Abdullayev: “Bu qərarım “Neftçi”yə yalnız xeyir verər”

“Hər şeydən əvvəl “Neftçi” rəhbərliyinə mənə inandığı və şans verdiyi üçün minnətdarlığımı bildirirəm”. İdmanxeber.com-un məlumatına görə, bu sözləri Elxan Abdullayev deyib.

“Neftçi”nin baş məşqçisi vəzifəsindən istefa verən çalışdırıcı klubun rəsmi saytına danışıb.

Abdullayev azarkeşlərə vida sözləri ilə müraciət edib: “3 illik müqaviləmin qüvvədə olmasına rəğmən, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək istefa verdim. Bu qərar heç də asan başa gəlmədi və hər hansı bir kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri “Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, bu qərarım “Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam! Çox sağ olun!”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43