Ölkə futbolu

“Neftçi” azarkeşlərini sevindirən xəbər: Elxan Abdullayev istefa verdi

“Neftçi” baş məşqçisi Elxan Abdullayevlə yolları ayırıb.

İdmanxeber.com klubun saytına istinadən xəbər verir ki, 47 yaşlı çalışdırıcı bu gün vəzifəsindən istefa verib.

Belə ki, istefa ərizəsi ilə “Neftçi” rəhbərliyinə müraciət edən mütəxəssisin istəyi qəbul edilib.

“Neftçi” Elxan Abdullayevə klub üçün etdiklərinə görə minnətdarlıq edərək, ona gələcək işlərində uğurlar arzulayıb.

 

Qeyd edək ki, Abdullayev ötən ildən “ağ-qaralar”ı çalışdırırdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43