Dünyadan

İtaliya millisində DÇ-2014-ə gedəcəyi heyətin bir qismi açıqlandı

İtaliya millisinin DÇ-2014 üçün heyəti demək olar ki, müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə, 42 futbolçu arasında testlər aparan yığmanın baş məşqçisi Çezare Prandelli mundiala aparacağı 23 futbolçudan 18-ni dəqiqləşdirib.

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Salvator Siriqu (PSJ)

Müdafiəçilər: Andrea Bardzaqli, Leonardo Bonuççi, Corco Kiellini (hamısı “Yuventus”), Mattia De Şilyo (“Milan”), Qabriel Paletta (“Parma”), Romulo Souza (“Verona”)

Yarımmüdafiəçilər: Antonio Kandreva (“Latsio”), Daniele de Rossi (“Roma”), Klaudio Markizio, Andrea Pirlo (hər ikisi “Yuventus”), Rikardo Montolivo (“Milan”), Tiaqo Motta (PSJ)

Hücumçular: Mario Balotelli (“Milan”), Antonio Kassano (“Parma”), Alessio Çerçi (“Torino”), Alberto Cilardinyo (“Cenoa”)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43