Kateqoriyasız

Supertransfer Lənkərana buraxılmayacaq

"Qəbələ"nin supertransferi Marat İzmaylov Azərbaycan kubokunun yarımfinal matçının cavab görüşü çərçivəsində "Xəzər Lənkəran"la oyunu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, rusiyalı məşhur futbolçu dünən keçirilən ilk oyunda (3:0) sarı kart alaraq cəzalı duruma düşüb.

Qarşılaşmanın 86-cı dəqiqəsində hakimə etiraz etdiyi üçün sarı kart alan İzmaylov cavab görüşündə komandasına kömək edə bilməyəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43