İdman

İtaliyada ilin ən yaxşı komandası və futbolçusu bəlli oldu

İtaliyada 2017-ci ilin ən yaxşıları müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə,  “Yuventus”un qolkiperi Canluici Buffon bu ilin ən yaxşı oyunçusu və qapıçısı seçilib. Ən yaxşı baş məşqçi adına “Napoli”nin çalışdırıcısı Maurisio Sarri layiq görülüb.

İlin komandası “Yuventus” seçilib.

İlin rəmzi komandasında isə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Buffon, Dani Alves, Bonuççi, Kulbali, Aleks Sandro, Nainqqolan, Pyaniç, Hamşik, Merten, İquain, Dibala


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43