Ölkə futbolu

Jaba “Bakı” ilə müqavilə bağladı, Hafiz Məmmədov “sambaçı”nın qayıdışından danışdı

Yenidən “Bakı”ya qayıdan Jaba bu gün klub prezidenti Hafiz Məmmədovla görüşərək, 1 illik rəsmi müqaviləyə imza atıb.

İdmanxeber.com-un məlumatına görə, görüş zamanı Hafiz Məmmədov yenidən Jabanı “Bakı”da görməkdən məmnun olduğunu bildirib. Klub prezidenti vurğulayıb ki, Jaba “Bakı” üçün çox vacib oyunçudur. Gənc futbolçular ondan çox şey öyrənə bilərlər.

Öz növbəsində Jaba da göstərilən etimada görə Hafiz Məmmədova minnətdarlıq edib. Yenidən “Bakı”ya qoşulduğu üçün xoşbəxt olduğunu qeyd edən braziliyalı forvard, klub üçün öz təcrübə və bacarığını əsirgməyəcəyini bildirib. Sonda isə Jaba əlavə edib ki, burada özünü əla hiss edir: “Yenidən öz evimə qayıtmışam. “Bakı” buradan getdiyim vaxtlarda da həmişə ürəyimdə olub. Çox sevinirəm ki, yenidən buradayam. Klub rəhbərliyinin mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43