Ölkə futbolu

Jairo Rodriqes özünə yeni klub tapdı

“Neftçi”dən ayrılan braziliyalı futbolçu Jairo Rodriqes Filyonun yeni klubu məlum olub.
İdmanxeber.com-un məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisi karyerasını İran çempionatında çıxış edən “Sepahan”da davam etdirəcək.

İran mətbuatı Jaironun yeni klubunda 13 nömrəli forma ilə çıxış edəcəyini yazıb.

Qeyd edək ki, 2015-2017-ci illərdə “Neftçi”də oynayan “sambaçı” “ağ-qaralar”ın heyətində 33 oyun keçirib və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43