Dünya futbolu

“Jilina”nın baş məşqçisi: “Ramili bir müddətdi izləyirdik”

Millimizin üzvü Ramil Şeydayevin Slovakiyanın “Jilina” klubuyla anlaşdığı barədə məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, “Jilina”nın baş məşqçisi Adrian Qula millimizin hücumçusu barədə fikirlərini klubun saytına bildirib:

“Biz Azərbaycan millisinin gənc futbolçusunu bir müddətdi izləyirdik. O, Türkiyədə çox şans qazana bilmədi. Şeydayev “Zenit”in yetirməsidi. Klubumuzun yeni siyasətinə əsasən, gənc oyunçulara daha çox üstünlük verəcəyik. Onun burada özünü yaxşı tərəfdən göstərəcəyinə inanıram”.

Xatırladaq ki, Şeydayev “Trabzonspor”dan “Jilina”ya 1,5 illik icarəyə verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43