Dünya futbolu

Joze Mourinyo: “İnter” azarkeşləri bundan məmnundurlar”

Dünən Çempionlar liqasının qrup mərhələsinin IV turunda “Mançester Yunayted” komnadası səfərdə “Yuventus”u 1:2 hesabı ilə məğlub edib. Qarşılaşmanın ardından mətbuat konfransı keçirən Joze Mourinyo görüş barəsində və oyunun sonunda azarkeşlərlə yaşananlar barəsində bunları deyib:

“Oyunçularımla qüruru duyuram. Möhtəşəm oynadılar. Məni 90 dəqiqə dayanmadan təhqir edən azarkeşlərə oyunun sonunda bir cavabım olmalıydı. Ola bilsin bu, bəzilərinin xoşuna gəlməyib. Ancaq əminəm ki, “İnter” azarkeşləri bundan məmnundurlar”.

Qeyd edək ki, Mourinyo 2008-2010-cü illərdə “İnter”i çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43