Kateqoriyasız

Jurnalistlər Ulu öndərin xatirəsinə həsr olunmuş voleybol görüşündə üz-üzə gəldilər

Bu gün idman jurnalistləri arasında voleybol görüşü keçirilib. 

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Voleybol Federasiyası (AVF) ilə bu gün 3 yaşı tamamlanan İdman Araşdırmalar Mərkəzinin (İAM) birgə təşkilatçılığı ilə baş tutan görüş Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilib. Bundan başqa, jurnalistlərin qarşıdurması həm də Bakı 2015 I Avropa Oyunlarına dəstək xarakteri daşıyıb. Təşkilatçılar marağı artırmaq və oyunçuların stimullaşdırılması üçün oyuna sponsorlar da cəlb ediblər. Söhbət “Nar Mobile” və “Kolizey İnşaat”dan gedir.

Gərgin idman mübarizəsi şəraitində keçən görüş, şərt olaraq “televizyaçılar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Son yaxın “yazarlar”ın üstünlüyü diqqət çəksə, ardıcıl səhvlər yekunda məğlubiyyətə gətirib çıxarıb – 1:2 (22:25, 25:18, 22:25).

Oyun yekunlaşdıqdan sonra iştrakçılar, eləcə də matçın hakimi sponsorlar tərəfindən mükafatlandırıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43