Kateqoriyasız

“Xəzər Lənkəran” azarkeşlərinin sevimlisi istefa verdi

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik Rumıniyanın “Petrolul” komandasından istefa verib.

İdmanxeber.com-un məlumatına görə, rumıniyalı mütəxəssisin belə bir addım atmasına səbəb komandanın uğursuz çıxışı olub. “Petrolul”u mövsümün sonuna qədər Rednikin köməkçisi Valentin Sinesku çalışdıracaq.

Qeyd edək ki, Rednik 2010/11 mövsümündə “Xəzər Lənkəran”ı çalışdırıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43