Ölkə futbolu

“Kəpəz” məğlub oldu, “Sabah”dan qələbə – YENİLƏNİB

Misli Premyer Liqasında XXXII tura start veriləcək.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçında “Kəpəz” Qəbələdə “Sumqayıt”ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 1:0.

Bu nəticənin ardından Gəncə klubu 29 xalla 7-ci pillədə qalıb. 28 xalı olan “gənclik şəhəri” təmsilçisi isə 8-cidir.

Günün digər oyununda isə 71 xalla ikinci yerdə gedən “Sabah” doğma meydanda 23 xalla 9-cu “Şamaxı”nı məğlub edib -1:0. Bununla da xallarının sayını 74-ə çatdıran paytaxt klubu ikinci pillədəki yerini möhkəmləndirib.

Azərbaycan Premyer Liqası
XXXII tur

29 aprel (şənbə)

16:00. “Kəpəz” – “Sumqayıt” 0:1
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.

18:30. “Sabah” – “Şamaxı” 1:0
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”.

Qeyd edək ki, turun “Zirə” – “Turan Tovuz” və “Qəbələ” – “Səbail” oyunları mayın 1-də, “Neftçi” – “Qarabağ” görüşü isə mayın 2-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43