Ölkə futbolu

“Kəpəz”in hücumçusu nə vaxt qayıdır?

“Kəpəz”in zədəli hücumçusu Amil Yunanovun meydanlara dönəcəyi tarix bəlli olub.

İdmanxeber.az-a verilən məlumata görə, təcrüvəli forvard növbəti turda “Qəbələ”yə qarşı görüşü buraxacaq. “Sabah” matçında iştirak etməyən futbolçunun Premyer Liqanın 32-ci turunda “Sumqayıt”a qarşı oynayıb-oynamayacağı sual atındadır.

Yunanovun ən yaxşı halda çempionatın 33-cü turunda keçiriləcək “Neftçi” – “Kəpəz” matçına hazır olacağı gözlənilir.

Xatırladaq ki, təcrübəli hücumçu Premyer Liqanın 30-cu turunda “Səbail”ə qarşı görüşdə zədələnərək məcburi əvəzlənmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43