Dünya futbolu

“Latsio” fransalını birdəfəlik transfer edəcək

“Latsio” Fransa millisinin üzvü Matteo Genduzinin transfer hüququna yiyələnməyi planlaşdırır.

İdmanxeber.az “Tuttosport”a istinadən xəbər verir ki, İtaliya təmsilçisi artıq “Marsel”lə danışıqlara başlayıb.

“Latsio” yarımmüdafiəçinin satınalma bəndini aktivləşdirməyi planlaşdırır. İtaliya klubu fransız üçün 13 milyon avro ödəyəcək. 

Qeyd edək ki, 25 yaşlı futbolçu mövsümün əvvəlində paytaxt klubuna bir illik icarəyə verilib. O, karyerası ərzində “Loryan”, “Arsenal”, “Herta” klublarında oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43