Müsahibə

Kamal Quliyev: “Elxan Məmmədov bizə söz verdi” (MÜSAHİBƏ)

Birinci divizionda 2015-2016 mövsümünün qalibi “Neftçala” oldu. Ötən gün “Mil-Muğan”ı səfərdə məğlub edən “Neftçala” ardıcıl ikinci il bu titul yiyələnib. “Neftçala”nın baş məşqçisi Kamal Quliyev oyundan sonra İdmanxeber.com-un suallarını cavablandırıb.

– Səfərdə qalib gəlməklə çempion oldunuz. Oyunla bağlı fikirlərinizi öyrənərdik.

Oyun çox ağır keçdi. İmişli komandası sözün əsl mənasında elə çempionluqa layiq bir oyun nümayiş etdirdi. Əhsən bu komandaya. Bu cür şəraiti olan komanda bundanda artığına layiqdir. Birinci hissə layiqli mübarizə apardılar, hətta rəqibinbir-iki qol şansları da oldu. Amma ikinci yarıda güc baxımından rəqibin yorğunluğu biraz da olsa görsəndi. Fiziki cəhətdən hardasa mübarizədə uduzmağa başladılar, biz də bundan istifadə edib lazım olan nəticəni əldə etdik. 

– “Qaradağ Lökbatan”ın məğlub olması sizin erkən çempion olmnıza səbəb oldu. Ağsuda bu nəticəni gözləyirdinizmi?

“Ağsu” güclü komandadı. İnanırdım ki, bu komanda evdə məğlub olmaz. Kokanada burdan salamlarımı çatdırıram. Mən həmişə demişəm qoy mənim komandamda udsun, rəqiblərimiz də. Biz hər zaman öz oyunumuza baxdıq. Onlara da təşəkkürlər.

– Çempionluqa gedən yolunuzu qısa şəkildə şərh edərdiz …

Bu yolda çox maneələrlə rastlaşdıq. “Qara zolağ”ada düşdük, ikinci dövrəyə böyük itkilərlə başladıq. Amma sonda bütün çətinliklərə güc gəldik. Yaxşını, pisi ayırd etdik. Səhvlərimizi düzəltməyə çətinlik çəkmədik. Bunun səbəbkarları “Neftçala” futbolçularının əzimkarlığı,  mübarizliyi oldu. Çox çətin bir çempionluq yaşadıq. Amma çətin olduğu kimidə çox dadlı çempionluq oldu. Bu yolda dostu da, yoldaş da, qardaşı ıda tanıdıq. Amma sonda şükürlər olsun Allahımıza, istəyimizə nail olduq.

– Ötən mövsüm çempion olub lisenziya ala bilmədikdən sonra sizə bu il kömək edəcəklərini demişdilər. Hətta AFFA rəhbərliyi ilə görüşünüz də olmuşdu. Ramin Musayev və ya AFFA sizə kömək edəcəkləri ilə bağlı nəisə demişdilərmi?

Mən klub direktorumuzla Elxan Məmmədovun qəbulunda olduq. Çox gözəl qarşıladı bizi. Və mən ona yaratdığımız, qurduğumuz belə bir komanda haqqinda məlumat verdim, həm də yenidən Premyer Liqaya çıxa bilməyəcəyiksə onda klub olaraq fəaliyyətimizi dayandırırıq dedik. Ancaq Elxan müəllim əvəzində bizə yenidən toplaşıb çempion olmağımızı məsləhət gördü və lisenziya ilə bağlı məsələlərdə bizə kömək edəcəyini söz verdi. Baş katib dedi ki, “siz də öz işinizdə möhkəm olun və yenidən çempion olun. Mən də sizi ictimaiyyətə təqdim edim ki, baxın bu komanda birinci ili çempion oldu amma müəyyən səbəblərdən yüksək liqaya çıxa bilmədi”. Amma bu il klub oyunu ilə yanaşı sənəd  işlərinin də öhtəsindən gəldi və vəsiqəni əldə etdi. Yəni onlarla söhbətimiz belə olub. O ki qaldı Ramin Musayevə, o, bizə heç vaxt dəstəyini əsirgəmir və nəinki bizə, eləcə də digər komandalarımıza da əlindən gələn köməkliyi göstərir. Bu sözlərim həm Ramin müəllimə, həmdə Elxan müəllimə aiddir.

– Ötən il lisenziya probleminiz oldu və PL-ə vəsiqə qazana bilmədiniz. Bu il necə problemi həll edə bilmisiz?

Bunları klubumuzun direktoru Ramin müəllim cavablandırsa daha yaxşı olar. Bizim işimiz çempionluq idi və bunu da bacardıq.

– Əgər bu il də lisenziya verilməsə klubdan gedəcəksiz?

Bəli, lisenziya verilməsə  nəinki mən,  inanmıram ki, bu klub qalsın. Klub rəhbərimlə görüşəcəm və halallaşacam. Heç inanın onlarda məni qoymaz işləməyə. Çünki bizim klub kimi məqsədimiz ilk növbədə milliyə futbolçu vermək və Premyer Liqa  klubları üçün oyunçu yetişdirməkdir. Və ən əsası Azərbaycan futboluna bir töhfə verməkdi.

Nurlan Cəfərov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43