Kateqoriyasız

Formula 1-in könüllülərindən xeyriyyə aksiyası

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Avropa Qran Prisi könüllülərinin iştirakı ilə mayın 8-i, bazar günü saat 15:00-da Fəvvarələr Meydanında “Ümid halqasında birləşək!” adlı xeyriyyə aksiyası keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, gözəl şəhərimiz Şuşanın işğalını dərin hüzünlə qeyd etməklə birlikdə bu əlamətdar gündə xeyir iş görmək məqsədilə keçiriləcək aksiyada könüllülər və əməliyyat şirkəti işçilərinin öz əlləri ilə hazırladıqları şirniyyatlar, suvernirlər və digər əşyalar satışa çıxarılacaq. Xeyriyyə aksiyasında toplanan vəsait “Ümid Yeri” uşaq evinə veriləcək.

Xalqımızın gözəl ənənələrini qoruyub yaşatmağa və ictimaiyyət arasında yardımlaşmanı yaymağa xidmət edəcək bu aksiyanı işıqlandırmaq üçün Sizləri bu tədbirimizə dəvət edirik. İndiyədək keçirdiyimiz tədbirlərdə göstərdiyiniz yüksək iştiraka və əməkdaşlığa görə hamınıza öz dərin təşəkkürümüzü bildiririk. Ümidvarıq ki, dəyərli əməyiniz və xüsusi təqdimatınız belə gözəlliklərin ölkəmizdə geniş vüsət almasına xidmət edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43