Müsahibə

Kamran Ağayev: “…”Qarabağ” bizə qol vura bilməzdi” (MÜSHAİBƏ)

“İnter”in qapıçısı Kamran Ağayev “Qarabağ”la (1:1) matçdan sonra İdmanxeber.com-a müsahibə verib:
 
– Oyun haqda fikirləriniz?
– “Qarabağ”ın oyun taktikasına bələd idik. Bilirdik ki, necə oynayacaqlar. Belə matçda güclü olan deyil, bəxti gətirən qalib gəlir.
 
– “İnter” oyuna bəxt üçün çıxmışdı?
– Xeyr. Qətiyyən. Qoldan sonra biz müdafiə olunduq. Bizim oyun taktikamız belədir.
 
– Georgi Lomaya sarı vərəqə alanda Lomayaya hakim barədə jest etdin…
– Mən hakimin adını belə çəkməmişəm. Mən hakim deyəndə eşitdin? Mən heç o sözü Lomayaya demirdim. Mirhüseyn Seyidova dedim ki, nə baş verib?
 
– Son dəqiqələrdə buraxılan qoldan sonra hansı hissləri keçirirsən?
– Bir 90 dəqiqə də oynasaydıq “Qarabağ” bizə qol vura bilməzdi. Əlbəttə təəssüflənirəm.
 
– Qoldan sonra topu rəqibə vermək istəmirdin…
– Son dəqiqələrdə qol buraxmaq adama pis gəlir. Öz yerimizdə oynayırdıq və hesab bərabərləşəndə də üstümə gəlir. “İnteri”i aşağılamaq istəmirəm. Sadəcə, bizim taktikamız belədir.
 
– Rəşad Sadıqoun qol vuracağını gözləyirdin?
– Mən fikirləşməmişdim ki, meydana çıxanda qol buraxım. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43