İdman

Kamran Ağayevdən növbəti möhtəşəm çıxış

Portuqaliya Super Liqasında 8-ci turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Biavişta” səfərdə “Maritimu”nun qonağı olub. İki qolun qeydə alındığı görüşdə hesab bərabər olub – 1:1.

Kamran bu oyun da start heyətində meydana çıxıb və əvəzlənmədən 90 dəqiqə yaxşı performansı ilə diqqət çəkib. “Maritimu”nun penaltidən yararlandığı oyunda Kamran 6 seyvlə diqqət mərkəzinə düşüb. O, komandasının səfərdə xalla qayıtmasında böyük pay sahibi olub.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43