Dünyadan

“Qızıl top”a namizədlərin adı açıqlanacaq

“France Football” nəşri “Qızıl top”a namizədlərin adını oktyabrın 24-də açıqlayacaq.
İdmanxeber.com xəbər verir ki, siyahıda 30 futbolçu yer alacaq. Namizədlər qəzetin redaktorları tərəfindən seçilib. 2015-ci ildə “Qızıl top”a Lionel Messi sahib olmuşdu.
Qeyd edək ki, 2010-cu ildən bu mükafat FİFA və “France Football”la birgə təqdim edilirdi. Sentyabr ayında nüfuzlu idman nəşri FİFA ilə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul etdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43