Dünyadan

Kamran Ağayevin komandasında məşqçi dəyişikliyi

Milli komandamızın qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Boavişta” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. 

İdmanxeber.com xəbər verir ki, klub saytı bundan sonra komandanı Migel Lealın çalışdıracağını yazıb. Yeni məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb. 

Xorxe Kotu və və Alfredo Kastro məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər. 51 yaşlı Leal son olaraq “Moreyrenşe” klubunu çalışdırıb. 

Qeyd edək ki, “Boavişta” dünən Ervin Sançesin komandadan ayrılması xəbərini açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43