Kateqoriyasız

Kamran Ağayevli “Kayserispor” çempionluq kubokuna qovuşdu – FOTOLAR

Türkiyə PTT I Liqasında XXXIII turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” da növbəti matçını çıxıb. Kayseri təmsilçisi doğma meydanında “Kaşıyaka”nı məğlub edib – 2:1. Ağayevin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

Qarşılaşmadan sonra Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören “Kayserispor” futbolçularını çempionluq münasibəti ilə təbrik edərək qızıl medalları komanda üzvlərinə təqdim edib.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43