İdman

Karraskonu transfer etmək istəyən klub bu məbləği gözdən çıxarmalı olacaq

“Atletiko”nun futbolçusu Yannik Karrasko karyerasını İngiltərədə davam etdirməyə çox yaxındı. 

İdmanxeber.com-un məlumatına görə, belçikalı yarımmüdafiəçinin xidmətində Premyer Liqanın iki klubu maraqlıdı. Söhbət “Çelsi” və “Mançester Yunayted”dən gedir. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone rəhbərliklə söhbətində Karraskonun yanvarda gedişinə qarşı olmadığını bildirib.

Bundan sonra ispanlar 24 yaşlı futbolçu ilə yolları ayırmağa razılaşıblar. Ancaq keçidin baş tutması üçün Karraskonu istəyən klub 100 milyon avro xərcləməlidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43