İdman

“Xəzər” Premyer Liqadan futbolçu transfer etdi – FOTO

I divizion təmsilçisi “Xəzər” heyətinə yeni futbolçu qatıb. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə klub rəsmi feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

Bildirilir ki, “Xəzər” “Səbail”in yarımmüdafiəçisi Tanrıverdi Məhərrəmli ilə anlaşıb. Komandanın qış fasiləsində ilk transferi olan 25 yaşlı futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Tanrıverdi Məhərəmli “Ağsu” və “Qaradağ Lökbatan” komandalarında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43