Kateqoriyasız

Keçmiş futbolçu rus azarkeşləri təhqir edib (FOTO)

Keçmiş ingilis futbolçu Qari Lineker Avropa çempionatının gedişində Fransada iğtişaş yaradan rus azarkeşləri təhqir edib.

İdmanxeber.com-un məlumatına görə, hazırda BBC-də idman şərhçisi kimi fəaliyyət göstərən Lineker bunu şəxsi tvitter səhifəsində yazıb.

Marseldə baş verən kütləvi dava-dalaşdan sonra UEFA tərəfindən ciddi xəbərdarlıq alan ruslara əgər bir də bu cür hərəkətlərə yol versələr, milli komandalarını birincilikdən qovmaqla hədələyib.

Bu barədə paylaşım edən Lineker “Ümid edirəm ki, UEFA-nın qərarı bu heyvanları bir az sakitləşdirər” deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43