Millimizin sabiq üzvü Ruslan Əmircanov karyerasını “Keşlə”də davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi bu barədə özü məlumat verib. Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, R.Əmircanov 2012-2014 və 2015-2016-cı illərdə – “Keşlə” “İnter” adlanan vaxtlarda da bu komandada çıxış edib. Onun son klubu “Səbail” olub.