Ölkə futbolu

Konfrans Liqası: “Sabah” növbəti mərhələdə – rəqib Serbiya klubudu

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Sabah” bu gün II təsnifat mərhələsinin cavab oyununa çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz “Bank Respublika Arena”da Latviyanın RFŞ komandasını qəbul edib. Üç qolun qeydə alındığı matç “Sabah”ın qələbəsi ilə sona çatıb – 2:1. Səfərdə də rəqibini 2:0 hesabı ilə məğlub edən Bakı klubu növbəti mərhələyə yüksəlib.

Təmsilçimiz Konfrans Liqasının III təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə üz-üzə gələcək. Oyunlar 10-17 avqustda baş tutacaq.

“Sabah” ilk matçını səfərdə keçirəcək.

Konfrans Liqası II təsnifat mərhələsi.

20:00 “Sabah” – RFŞ 2:1

Qol: Yanis İkaunieks, 67 (0:1), Coy-Lens Mikels, 77 (1:1), Apeh, 90+4 (2:1)

Qırmızı vərəqə: Artur Zjuzins, 33 (RFS)

Baş hakim – Fedayi San (İsveçrə)

İlk oyun: 2:0 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43