İdman

“Kopenhagen”in baş məşqçisi: “Turun favoriti “Qarabağ”ı hesab etmək olar”

“Kopenhagen”ın baş məşqçisi Stole Solbakken UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində keçirilən “Qarabağ” – “Kopenhagen” matçı sonrası jutnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, qonaqların çalışdırıcısı qarşılaşmanın sonlarından olduqca narazı qaldığını söylədi:

 “Qarabağ”dan az çox, belə bir oyun gözləyirdik. Demək olar görüşün ilk 60 dəqiqəsi bərabər səviyyəli idi. Lakin matçın sonları bizim üçün bir o qədər uğurlu keçmədi. Qapıçımız bir çox epizodlarda inamlı çıxış etdi. Düşünürəm ki, bu nəticədən sonra minimal hesablı qələbəyə görə turun favoriti “Qarabağ”ı hesab etmək olar. Çünki rəqib komanda bizim meydanımızda vuracağı 1 qolla hər şeyə aydınlıq gətirə bilər. Yox, əgər bunun əksi baş verərsə, görüş yenidən başlamış sayılacaq.”.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43