Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ” qələbə qazandı – YENİLƏNİB

Bu axşam UEFA Çempionlar Liqasında "Qarabağ" tarixi matça çıxıb.

İdmanxeber.com-un məlumatına görə, tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində pley-off mərhələsinə adlayan "köhlən atlar" ilk oyun çərçivəsində doğma meydanda "Kopenhagen" kollektivini sınağa çəkib. II-ci, III təsnifat mərhələlərində evdə müvafiq olaraq "Samtdredia" və "Şerif" kollektivləri ilə üz-üzə gələn və qapısını toxunulmaz saxlamağı bacaran komandamız ənənəsinə sadiq qalıb.
Qurban Qurbanovun yeitmələri çətin rəqibini minimal hesabla üstələyərək cavab matçı öncəsi üstünlük qazanıb.

Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyun

15 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) 1:0
Qollar: Mahir Məmədov, 26
Baş hakim: Paolo Taqliavento
Baş hakimin köməkçiləri: Alessandro Qiallatini, Alessandro Kostanza
Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43