Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi olan Kosovo yığmasının heyətində dəyişiklik edilib.
İdmanxeber.az-ın veridiyi xəbərə görə, Xorvatiyanın “Hayduk” (Split) klubunda çıxış edən Ardian İsmayli komandanın düşərgəsindən ayrılaraq U-21 millisinin heyətinə cəlb olunub. Onu Danimarkanın “Bröndbü” klubunda oynayan Besar Halimi əvəzləyib.
Qeyd edək ki, avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo matçı saat 20:00-da başlayacaq. |