Dünya futbolu

Kosovonun baş məşqçisi: “Azərbaycanın heç-heçə etməsi bizim üçün yaxşı nəticə oldu”

“Malta ilə Azərbaycan komandaları arasında görüşün bərabərliklə başa çatması bizim üçün yaxşı nəticə oldu”.

İdmanxeber.az-ın məlumatına görə,  Millətlər Liqasında milli komandamıza eyni qrupda yer alan Kosovo millisinin baş məşqçisi Bernard Şalland Farer Adaları ilə oynadıqları matçın ardından millimizin oyunu barəsində açıqlama verib. O, Malta ilə Azərbaycanın heç-heçə etməsinin özləri üçün yaxşı nəticə olduğunu bildirib:

 “Farer adaları ilk oyununda qələbə ilə ayrılmışdı və qrupun lideri idi. Bizim bu rəqiblə oyunumuz asan olmadı.  Növbəti oyunumuzu Maltaya qarşı keçirəcəyik. Onlar Farar adaları ilə oyunda məğlub olsalar da, yaxşı futbol sərgiləmişdilər. İndi isə Azərbaycan yığması ilə oyunda heç-heçə ediblər.  Bu nəticə bizim üçün çox əlverişlidir”.

Qeyd edək ki, Kosovo Farer adalarını doğma meydanda 2:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43