Ölkə futbolu

Kosovonun kapitanı: “Qazonu rənglənmiş meydanda oynadıq”

Rəqib komandanın kapitanı meydandan narazı qalıb.

İdmanxeber.az-ın məlumatına görə, dünən keçirilən UEFA Millətlər Liqasında Azərbaycan – Kosovo oyununun ardından qonaq komandanın qapıçısı Samir Uykani jurnalistlərə oyun barəsində açıqlama verib:

“Bu nəticədən razı qaldıq. Çətin oyun olacağını bilirdik. Üstəlik qazonu rənglənmiş meydanda oynamaq bizim üçün asan olmadı. İki gündən sonra bizi Farer Adaları ilə çətin oyun gözləyir. Yeni stadionumuzda oynayacağımızın həyəcanını yaşayırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43