İdman

“Kukesi” qapıçısını Bakıya gətirə bilmədi – kosovalı olduğu üçün

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Albaniyanın “Kukesi” klubu qapıçısı Faton Malokunu Bakıya gətirə bilməyib.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb 27 yaşlı kosovalı qolkiperin viza ala bilməməsidi. Azərbaycan Kosovanın müsətqilliyini tanəımır. Məhz buna görə də, Malokun Bakıya gələ bilməyib.

Qeyd edək ki, “Qarabağ” – “Kukesi” görüşü bu gün saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç qolsuz bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43