İdman

“Kukesi” – “Qarabağ” oyunu canlı yayımlanacaqmı?

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Kukesi” – “Qarabağ” matçını heç bir kanal canlı yayımlamayacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdmanxeber.com-a verdiyi məlumata görə, Albaniya təmsilçisinin yayım üçün tələb etdiyi məbləği heç bir kanalımız vermək istəmir. Məhz buna görə də, sabahkı matç canlı yayımlanmayacaq.

Lakin Ağdam klubu “Olimpiya” ilə matçda olduğu kimi, bu dəfə də oyunu şəxsi imkanları hesabına klubun rəsmi “Youtube” kanalı vasitəsilə verməyə çalışacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43