Dünya futbolu

La Liqanın bəzi oyunları Amerikada keçiriləcək

La Liqa Amerikada

İspaniya çempionatının bəzi qarşılaşmaları Amerikada oynanacaq. Bu barədə Futbol Federasiyasının prezidenti Xaviyer Tebas açıqlama verib. O, məqsədlərinin ölkə futbolunu bütün dünyaya yaymaq olduqlarını bildirib.

Qeyd edək ki, Federasiya  “Relevent Sports” kanalı ilə 15 illik müqavilə bağlayıb. Hansı oyunların Amerikada keçiriləcəyi ilə bağlı isə heç bir açıqlama verilməyib.

idmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43