Kateqoriyasız

“Lənkəranda bizə çətin olacaq”

“Hər bir futbolçu üçün komandasının oyununa kənardan baxmaq çox çətindir. Adam istər-istəməz həyacanlı olur. Meydanda olanda heç nə hiss etmirsən, amma oynamayanda stress keçirirsən”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Kərim Diniyev klubun rəsmi saytına açıqlamasında deyib. 

Vərəqə limiti səbəbindən ötən tur “Rəvan” ilə oyunu buraxam “Kəpəz”in yarımmüdafiəçisi cəzasını artıq başa vurub. Bu mənada onun Topaz Premyer Liqanın 33-cü turunda “Xəzər Lənkəran”la səfər matçında meydana çıxmasına əngəl qalmayıb: “Futbolçunun istəyi bütün oyunlarda komandasına kömək etməkdir. Düzdür, bəzən cəza və ya zədəyə görə oynaya bilmirsən. Mənim yoxluğuma baxmayaraq “Rəvan”a qarşı görüşdə “Kəpəz” yaxşı oyun nümayiş etdirib, qələbə qazandı”.

Diniyev qarşıdakı oyun haqda da fikirlərini bölüşüb: “Çempionat sona yaxınlaşır, artıq hər oyun vacib xarakter daşıyır. O cümlədən “Xəzər Lənkəran”la matç bizim üçün həlledici görüşlərdən olacaq. Bu komanda gənclərdən qurulsa da, heyətdə Premyer Liqa təcrübəsi olan futbolçular var. Döyüşkən komandadır, son oyunlarına baxmışam. Meydanda səylə mübarizə aparırlar, buna görə bizə çox çətin olacaq. Bütün gücümüzü ortaya qoymaqla səfərdən üç xalla ayrıla bilərik. Başqa nəticə bizi qane etmir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43