Kateqoriyasız

“Lənkəranda qələbə bizimlə olacaq”

Premyer Liqanın XV turunda AZAL səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq.

"Təyyarəçilər"in futbolçusu  Şəhriyar Rəhimov çətin Lənkəran səfəri öncəsi idmanxeber.com-a fikirlərini bildirib:

"Bildiyimiz kimi "Xəzər Lənkəran"da məşqçi dəyişikliyi oldu. Onlar yalnız qələbə üçün meydana çıxacaqlar. Bizi çox çətin rəqib gözləyir və əminliklə deyə bilərəm ki, çox ağır oyun olacaq. Lənkəran komandasının futbolçuları özünü ən yaxşı tərəfdən göstərməyə çalışacaq. İnşallah qələbə bizimlə olar. Yalnız qələbə üçün vuruşacayıq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43