Ölkə futbolu

Lənkərandakı oyunun Məşqçi Fikirləri

Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “İnter” oyunu qonaqların 3-0 hesablı qələbəsi ilə başa çatdı və “İnter” adını yarımfinala yazdırdı.

Kaxaber Sxadadze (“İnter”in baş məşqçisi): “Komandamı təbrik edirəm. Bizim əsas məqsədimiz mərhələ adlamaq idi. Bunu bacardıq və şadıq. Oyuna gəldikdə, biz bu gün yaxşı mübarizə apardıq, çox yaxşı qolllar vurduq. Düşünürəm ki, yaxşı futbol sərgilədik”.

Elbrus Məmmədov (“Xəzər Lənkəran”ın baş məşqçisi): “Tamaşaçıları meydançaya cəlb edən şəxslərə minnətdaram. Düşünürəm ki, futbolçular ümidləri doğrultmadılar. Gəncləşdirmə siyasəti həyata keçirildikdən bu yana ən pis oyunumuzu sərgilədik. Komandadan narazıyam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43