Kateqoriyasız

“Lester”in sabiq üzvü “Zirə”də – Rəsmi

“Zirə” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi  Alie Sesayla 1 il yarım müddətinə müqavilə imzalayıb.

Qeyd edək ki, London “Arsenal”ının yetirməsi olan 25 yaşlı sierra leoneli müdafiəçi daha əvvəl İngiltərəni “Lester”, “Kolçester”, “Kembric”, “Barnet”, İsveçin “Frey”, Yunanıstanın “Kissamikos” və Bolqarıstanın “Arda” klubunda çıxış edib. Futbolçu həmçinin Sierra Leone yığmasının da üzvüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43