Dünya futbolu

Levandovskiyə sərt cəza

“Barselona”nın futbolçusu Robert Levandovskini 3 oyunluq cəzalandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi La Liqanın 14-cü turunda “Osasuna” ilə görüşdə (1:2) ikinci sarı vərəqə alaraq oyunun 31-ci dəqiqəsində meydanı tərk edən və paltardəyişmə otağına gedərkən hakimlərə qeyri-etik jest edən polşalı forvarda 3 oyunluq cəza verib.

Karyerasını başa vuran və son matçında qırmızı vərəqə alan “Barselona”nın futbolçusu Jerar Pike isə hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43