Ölkə futbolu

“Lill” Bakıya erkən gələcək

“Qəbələ”nin rəqibi Fransanın “Lill” klubunun Bakıya gələcəyi vaxt müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Fransa təmsilçisi oyundan bir gün öncə – avqustun 3-də paytaxtda olacaq.

Çarter reysi ilə Bakıya səfər edəcək “Lill” saat 10:20-də Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.

Avqustun 4-də “Bakcell Arena”da keçiriləcək cavab görüşü saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Fransada keçirilmiş ilk oyunda 1:1 hesabı qeydə alınıb.(Report.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43