Dünya futbolu

Litva millisinin heyətində dəyişiklik

Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Litva yığmasının heyətində dəyişiklik olub.

Müdafiəçi Valdemar Borovski sıradan çıxıb.Sağ cinah oyunçusu klubu “Riteriai”nin heyətində “Jalgiris”lə matçda (1:1) zədələnib. Nəticədə yığmanın baş məşqçisi Valdas Urbonas onu “23-lük”dən çıxarmalı olub.

Çalışdırıcı Borovskinin yerinə “Kauno Jalgiris”li Egidius Vaytkunasa dəvət göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43