Dünyadan

“Liverpul” 45 saatda 2 görüşə çıxacaq

Premyer Liqa nəhəngi “Liverpul”, dekabr ayında 45 saat ərzində iki əhəmiyyətli qarşılaşmada mübarizə aparacaq. İngilis klubu bu təqvimi ilə NBA komandalarına bənzədilib.

İdmanxeber.com-un məlumatına görə, bu mövsüm çempionluq yolunda irəliləyən və aldığı nəticələrlə 11 həftə sonunda zirvəyə yerləşən “Liverpul”un dekabr ayındakı təqvimi hər kəsi heyrətə salıb.

Dekabrın sonunda “Mançester Siti” ilə kritik görüşə çıxacaq Kloppun yetirmələri, bu matçdan yalnız 45 saat sonra bu dəfə də “Sanderland” ilə qarşı-qarşıya gələcək.

“Liverpul” bu təqvimə etiraz etsə də, federasiya etirazı qəbul etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43