Dünyadan

“Liverpul” Berardini transfer etmək istəyir

“Liverpul”un növbəti transfer hədəfi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızılar” “Sassuolo”nun hücumçusu Domeniko Berardini heyətinə qatmaq istəyir.

Lakin “Liverpul”un istəyini həyata keçirməsi heç də asan deyil. Belə ki, Berardi ilə “Yuventus” və “İnter” də yaxından maraqlanır. 22 yaşlı futbolçunun “Sassuolo” ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır.

Cari mövsümdən zədə səbəbindən cəmi 8 oyuna çıxan Berardi 7 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43