Dünya futbolu

“Liverpul” Lallana ilə yeni müqavilə imzaladı

“Liverpul”un yarımmüdafiəçisi Adam Lallana komanda ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, o, daha 3 il “Liverpul”un şərəfini qoruyacaq. Yeni müqavilənin şərtlərinə əsasən, 28 yaşlı futbolçu həftədə 110 min funt-sterlinq qazanacaq.

Xatıradaq ki, futbolçu 2014-cü ildə “Sauthempton”dan “Liverpul”a transfer olub. O, “Liverpul”un heyətində 113 oyun keçirib və 20 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43