Dünya futbolu

“Bavariya” “Seltik”in futbolçusunu transfer edir

“Bavariya” “Seltik”in 20 yaşlı forvardı Dembele üçün 35 milyon avro ödəməyə hazırdı. Lakin Dembelenin yeganə müştərisi “Bavariya” deyil.

İdmanxeber.com-un məlumatına görə, “Real” və “Mançester Siti” də fransız forvardla maraqlanır. Qış transfer pəncərəsi zaman “Çelsi” və “Seltik” Dembeleni transfer etmək istəsə də, “Seltik” 40 milyon funt tələb etmişdi.

Qeyd edək ki, Dembele cari mövsüm 41 oyunda 27 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43