Dünya futbolu

“Liverpul”u niderlandlı mütəxəssis çalışdıra bilər

”Liverpul” Ruben Amorimlə danışıqlarda ortaq məxrəcə gələ bilməyib.

İdmanxeber.az məlumat verir ki, Mersisayd klubunun yeni hədəfi “Feyenoord”un baş məşqçisi Arne Slotdur.

Slot 2021-ci ildən Rotterdam klubunu çalışdırır. O, ötən mövsüm “Feyenoord”a Erediviziyanə qazandırıb.

Xatırladaq ki, “Liverpul”un hazırki məşqçisi Yürgen Klopp mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43